
Fabio Çelestini CSKA-nın baş məşqçi postunu tərk edib
Fins.az - CSKA Moscow klubunun baş məşqçisi Fabio Celestini vəzifəsindən ayrılıb.
Klubun yaydığı məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd olunur ki, Çelestini ilə yanaşı məşqçilər heyətində yer alan Manell Ekspozito, Xose Blesa, Xavyer Noya, Qabriele Baqatini və Paolo Favaretto da komandadan ayrılıb.
CSKA Moscow-nın yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verəcəyi gözlənilir.