“Eurovision” ilk dəfə Asiyada keçiriləcək

“Eurovision” ilk dəfə Asiyada keçiriləcək

DÜNYA
231

Fins.az - Canlı səhnə performansları və rəngarəng çıxışları ilə tanınan “Eurovision” mahnı müsabiqəsi tarixində ilk dəfə Asiyada təşkil olunacaq.

Cənubi Koreya, Tailand və Filippin daxil olmaqla regionun 10 ölkəsi müsabiqədə iştirakını təsdiqləyib. Təşkilatçılar bildirir ki, iştirakçı ölkələrin siyahısı gələcəkdə daha da genişlənəcək.

Ölkələr əvvəlcə milli seçim mərhələlərini keçirəcək, daha sonra isə noyabrın 14-də Tailandın paytaxtı Banqkokda canlı yayımlanacaq böyük final təşkil olunacaq.

1956-cı ildən keçirilən “Eurovision” dünyanın ən uzunömürlü beynəlxalq musiqi yarışması hesab olunur. Müsabiqənin direktoru Martin Qrin qeyd edib ki, 2026-cı ildə 70 illiyini qeyd edən layihənin Asiyada keçirilməsi mədəniyyət və yaradıcılıq baxımından mühüm addımdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Eurovision” ilk dəfə Asiyada keçiriləcək — Fins.az — Fins.az