
“Euronews”: WUF13 Bakıda keçirilən ən böyük sessiya ola bilər
Fins.az - Bakuda keçiriləcək World Urban Forum 13 çərçivəsində qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya və təhlükəsiz şəhərlərin qurulması əsas müzakirə mövzuları olacaq.
Euronews telekanalının hazırladığı materialda bildirilir ki, WUF13-ün forum tarixində ən böyük sessiyalardan biri olacağı gözlənilir.
Məqalədə qeyd olunur ki, UN-Habitatın məlumatına əsasən, hazırda dünyada 1 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yaşayış məntəqələrində yaşayır.
Təşkilat xəbərdarlıq edir ki, təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu rəqəm 3 milyarda çata bilər.