Ərdoğan Türkiyə millisinə uğurlar arzulayıb

Ərdoğan Türkiyə millisinə uğurlar arzulayıb

DÜNYA
140

Fins.az - Recep Tayyip Erdoğan futbol üzrə Türkiyə milli futbol komandasına dünya çempionatındakı ilk oyunu öncəsində uğurlar arzulayıb.

Türkiyə Prezidenti bildirib ki, ölkə 24 ildən sonra milli komandanın yenidən dünya çempionatında çıxış etməsini böyük həyəcan və səbirsizliklə gözləyib.

Ərdoğan Bakı vaxtı ilə saat 08:00-da başlayacaq Türkiyə – Avstraliya milli futbol komandası matçı ərəfəsində milli komandaya dəstəyini ifadə edib.

O qeyd edib ki, Türkiyənin 86 milyon vətəndaşı bir məqsəd ətrafında birləşərək yığmanın qələbə qazanmasını arzulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ərdoğan Türkiyə millisinə uğurlar arzulayıb — Fins.az — Fins.az