
Ərdoğan Livan Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edəcək
Fins.az - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbulda Livanın Baş naziri Nəvaf Salam ilə görüş keçirəcək.
Məlumata görə, görüş zamanı Türkiyə-Livan münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunacaq. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.