Enerji keçidi Aİ üçün strateji prioritet olaraq qalır - Dan Yorgensen

Enerji keçidi Aİ üçün strateji prioritet olaraq qalır - Dan Yorgensen

DÜNYA
329

Avropa İttifaqının (Aİ) neft-qaz idxalı ilə bağlı xərcləri Yaxın Şərqdə baş verən münaqişə fonunda 30 milyard avrodan çox artıb.

Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Enerji və Mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Brüsseldə jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Aİ-nin fosil enerji resurslarının satın alınmasına çəkdiyi xərclər münaqişənin başlanmasından bəri 30 milyard avrodan çox yüksəlib.

“Avropa İttifaqının fosil enerji resurslarının satın alınmasına çəkdiyi xərclər münaqişənin başlanmasından bəri 30 milyard avrodan çox artıb”, – deyə Dan Yorgensen bildirib.

O əlavə edib ki, Avropa Komissiyası Aİ enerji sektorunun alternativ mənbələrə keçidinin sürətləndirilməsini strateji prioritet kimi saxlayır.

Qeyd olunur ki, Yaxın Şərqdəki geosiyasi gərginlik regionun enerji infrastrukturu və dəniz nəqliyyatı üçün ciddi risklər yaradıb. Xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik vəziyyəti dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olub.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr əsasən Tehrana və digər böyük şəhərlərə yönəlib. Ağ Ev əməliyyatı İrandan qaynaqlanan raket və nüvə təhlükələri ilə əsaslandırıb.

Münaqişə nəticəsində İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb. Eyni zamanda regiondakı bir sıra ölkələrdə ABŞ obyektləri də hədəfə alınıb.

Aprelin 7-də ABŞ və İran arasında müvəqqəti atəşkəs barədə razılaşma əldə olunsa da, aprelin 11-də İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Enerji keçidi Aİ üçün strateji prioritet olaraq qalır - Dan Yorgensen — Fins.az — Fins.az