
Ekzoplanetlərdə saatda 25 min kilometrdən çox sürətlə əsən küləklər aşkarlanıb
Fins.az - Avropalı astronomlar Günəş sistemindən kənarda yerləşən bəzi planetlərdə saatda 25 min kilometrdən artıq sürətlə əsən küləklər qeydə alıblar.
Tədqiqat zamanı Yupiterə bənzəyən yeddi ekzoplanet araşdırılıb. Bu planetlər əsasən qazdan ibarətdir və böyük ölçüləri ilə seçilir.
Alimlərin fikrincə, qeydə alınan rekord külək sürətləri planetlərin güclü maqnit sahələrinin təsiri ilə əlaqədar ola bilər.
Araşdırılan ekzoplanetlər öz ulduzlarının ətrafında sinxron fırlanırlar. Bu səbəbdən onların bir tərəfi daim ulduza baxır, digər tərəfi isə davamlı olaraq kölgədə qalır.
Mütəxəssislər hesab edirlər ki, bu cür ekstremal şərait planetlərin atmosferində çox güclü hava axınlarının yaranmasına səbəb olur.