
ƏDV endirimi norveçliləri alış-veriş üçün İsveçə yönəldib
Fins.az - İsveçdə ərzaq məhsullarına əlavə dəyər vergisinin (ƏDV) azaldılmasından sonra getdikcə daha çox norveçli alış-veriş etmək üçün qonşu ölkəyə üz tutur.
Məlumata görə, Norveçdə ərzaq məhsullarının qiyməti İsveçlə müqayisədə orta hesabla 51 faiz yüksəkdir. Bu da sərhədyanı ticarətə marağın artmasına səbəb olub.
Qeyd olunur ki, qiymət fərqi ötən illə müqayisədə daha da böyüyüb. Belə ki, 2025-ci ilin noyabr ayında Norveçdə ərzaq məhsulları İsveçdən orta hesabla 39 faiz baha idisə, hazırda bu göstərici 51 faizə yüksəlib.