Dünyada ən böyük təzminat alan CEO dünyasını dəyişdi

Dünyada ən böyük təzminat alan CEO dünyasını dəyişdi

DÜNYA
936

ABŞ-ın “General Electric” korporasiyasının əfsanəvi prezidenti və keçmiş baş direktoru (CEO) Cek Velk 84 yaşında vəfat edib.

Bu barədə C.Velkin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, “General Electric”i dünyanın ən bahalı şirkəti etmiş keçmiş CEO böyrək çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, C.Velik şirkətə rəhbərlik etdiyi 1981-2001-ci illərdə onun bazar dəyərini 4 000% yüksəldib. O, 2001-ci ildə təqaüdə çıxdığı zaman iş dünyası tarixində ən böyük ödəniş – 417 milyon ABŞ dolları təzminat alıb.

©Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada ən böyük təzminat alan CEO dünyasını dəyişdi — Fins.az — Fins.az