Dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək

Dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək

DÜNYA
374

Dünyanın 12 ölkəsi 2030-cu ilə qədər 62 min 300 meqavatlıq nüvə enerjisini istifadəyə verməyi planlaşdırır.

Fins.az xəbər verir ki, Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var. Sözügedən reaktorlar qlobal elektrik ehtiyacının 10 faizini ödəyir.

İlk kommersiya atom elektrik stansiyalarının işə salındığı 1950-ci illərdən bəri ümumilikdə 214 reaktor istismardan çıxarılıb.

Bu il Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində 3 reaktor elektrik şəbəkəsinə qoşulub. Misir, Çin və Rusiyada isə 3 reaktorun tikintisinə başlanılıb. İlin əvvəlindən Rusiyada 1 reaktor bağlanıb.

Nüvə enerjisinə üstünlük verilməkdə davam edir, çünki o, ekoloji cəhətdən təmiz texnologiya hesab edilir. Elektrik enerjisi istehsal gücünə görə digər enerji mənbələrini üstələyir.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək — Fins.az — Fins.az