
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
Fins.az - Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 139,7 dollar azalaraq 4 365,3 dollar olub.
Gümüşün bir troya unsiyasının qiyməti isə 4,87 dollar enərək 69,1 dollara düşüb.
Qiymətli metalların qiymətlərində qeydə alınan azalma dünya əmtəə bazarlarında investorların aktivliyi və qlobal iqtisadi gözləntilərlə əlaqələndirilir.