
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri istifadəyə verilib
Fins.az - Almaniyanın Drezden şəhərində Infineon Technologies şirkətinin yeni yarımkeçirici istehsalı zavodu fəaliyyətə başlayıb.
Təxminən 5 milyard avro sərmayə hesabına inşa olunan müəssisə şirkətin tarixində həyata keçirilən ən böyük investisiya layihəsi hesab olunur.
Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni zavod dünyanın ən müasir yarımkeçirici istehsal müəssisələrindən biri olmaqla yanaşı, Avropanın ən iri çip istehsal mərkəzlərindən biri sayılır.
Layihənin Avropada çip istehsalının artırılmasına, texnoloji müstəqilliyin gücləndirilməsinə və yüksək texnologiyalar sahəsində yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcəyi gözlənilir.