
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi SOCAR olub
Fins.az - Ulu Öndər Heydar Aliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turniri başa çatıb.
Tennis Akademiyasında keçirilən final oyununda SOCAR komandası ilə “Azərişıq” üz-üzə gəlib. Qarşılaşma SOCAR-ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.
Üçüncü yer uğrunda keçirilən oyunda isə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluq təmsilçilərini 2:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyası tərəfindən birgə təşkil olunub.