
Dördqat Avropa çempionu: “Üzərimdə böyük məsuliyyət var idi”
Fins.az - Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu olub.
67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı əldə etdiyi nəticədən məmnunluğunu ifadə edib. O bildirib ki, üzərində böyük məsuliyyət hiss edib və tarixə düşmək imkanı onu daha da motivasiya edib.
Cəfərov yüksək hazırlığın nəticə verdiyini vurğulayaraq, final görüşündə geridə olmasına baxmayaraq, güclü geri dönüş edərək qələbə qazandığını qeyd edib.