Donald Tramp Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib

Donald Tramp Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib

DÜNYA
200

Fins.az - ABŞ Prezidenti Donald Trump 2026-cı il Nobel Sülh Mükafatı üçün namizədlər siyahısına daxil edilib. Məlumatı Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harvikən açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə siyahıya 287 namizəd daxil edilib. Bunlardan 208-i fərdi şəxslər, 79-u isə təşkilatlardır.

Rəsmi nümayəndə bildirib ki, bu il siyahıda əvvəlki illərlə müqayisədə daha çox yeni ad var. O, həmçinin qeyd edib ki, hazırkı qlobal münaqişələr fonunda sülh səylərinin əhəmiyyəti daha da artıb.

Nobel Komitəsi hər il olduğu kimi, namizədlərin adlarını gizli saxlayır və yekun qərar daha sonra elan olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Donald Tramp Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib — Fins.az — Fins.az