
Donald Tramp: İranla vəziyyət kritik həddə çatıb
Fins.az - Donald Trump İranla bağlı vəziyyətin kritik həddə çatdığını bildirib.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqton hadisələrin inkişafına hazırdır və qarşı tərəfdən “düzgün cavab” gözləyir.
Onun sözlərinə görə, əgər ABŞ gözlədiyi cavabları almasa, vəziyyət çox sürətlə dəyişə bilər.
Tramp əlavə edib ki, yaranmış gərginliyin yaxın zamanda bu və ya digər formada yekunlaşacağına inanır.