Dolların beynəlxalq hesablaşmalarda payı 40% azalıb

Dolların beynəlxalq hesablaşmalarda payı 40% azalıb

DÜNYA
1,107

ABŞ dollarının beynəlxalq hesablaşmalarda xüsusi çəkisi ötən ay 1,77 faiz bəndi azalaraq 40,12% təşkil edib.

Fins.Az xəbər verir ki, bu barədə "SWIFT" beynəlxalq banklararası ödəniş sistemi məlumat açıqlayıb.

Məlumata görə, ötən ilin fevralında ABŞ valyutası beynəlxalq hesablaşmaların 38,85%-ni təşkil edib, mart ayında dolların payı artaraq 41,07%-ə çatıb. Buna baxmayaraq, ABŞ dolları beynəlxalq hesablaşmalar üçün ən populyar valyutaların reytinqində lider mövqeyini qoruyur.

Beynəlxalq sistemə əsasən, avro ötən ay bu siyahıda ikinci, Britaniya funt sterlinqi isə üçüncü olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dolların beynəlxalq hesablaşmalarda payı 40% azalıb — Fins.az — Fins.az