Dərbənd və Mahaçqalada leysanlar elektrik kəsintisinə və daşqınlara səbəb oldu

Dərbənd və Mahaçqalada leysanlar elektrik kəsintisinə və daşqınlara səbəb oldu

DÜNYA
480

Fins.az - Daqestanda güclü leysanlar nəticəsində bölgədə daşqınlar baş verib, suyun güclü axınları avtomobilləri aparıb. Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – təxminən 20 ev su altında qalıb. Havanın pis olmasına görə 60 mindən çox insan işıqsız qalıb.

Dərbənddə çaylar daşaraq yolları basıb. Dağ yamaclarında güclü axınlar avtomobilləri aşırıb və fırladıb. Həsəvyurtda fəlakət nəticəsində dəmir yolu körpüsü dağılıb, həmin vaxt qatar körpüdə olmadığı üçün təhlükəsiz qalıb, lakin hərəkəti dayandırılıb.

Bütün fövqəladə hallar xidmətləri yüksək hazırlıq rejiminə keçirilib, kommunal işçilər daşqının fəsadlarını aradan qaldırmaq üçün çalışırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dərbənd və Mahaçqalada leysanlar elektrik kəsintisinə və daşqınlara səbəb oldu — Fins.az — Fins.az