
Dəməşqdə baş verən partlayışda ölənlərin sayı 10 nəfərə çatıb
Fins.az - Suriyanın paytaxtı Dəməşqin mərkəzində yerləşən kafedə baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı daha 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata əsasən, partlayışa təxminən bir kiloqram çəkisi olan, metal qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcı qurğu səbəb olub.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.