
DeepSeek yeni açıq mənbəli süni intellekt modelini təqdim edib
Fins.az - Çin startapı DeepSeek yeni nəsil flaqman süni intellekt modeli V4-ün ilkin versiyasını təqdim edib. Şirkət bu modeli açıq mənbəli (open source) ən güclü İİ sistemi adlandırıb.
DeepSeek-in məlumatına görə, yeni model proqramlaşdırma sahəsində yüksək nəticələr göstərir və məntiqi düşünmə (reasoning) və agent tapşırıqlarının icrası üzrə ciddi irəliləyiş əldə edib.
V4 iki versiyada təqdim olunub: V4 Flash və V4 Pro. Flash versiyası 284 milyard parametrə (onlardan 13 milyardı aktiv) malikdir. Daha güclü Pro versiyası isə 1,6 trilyon parametrə (49 milyard aktiv) sahibdir.
Şirkət bildirir ki, Pro versiyasının nəticələri qapalı mənbəli ən qabaqcıl modellərlə müqayisə edilə bilər, lakin onun işləmə xərcləri xeyli daha aşağıdır.