
DÇ-2026 öncəsi İraq millisində viza problemi yaranıb
Fins.az - Iraq national football team dünya çempionatı öncəsi ciddi viza problemi ilə üzləşib.
Məlumata görə, komandanın beş futbolçusu — İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Hamadi Amerika Birləşmiş Ştatları vizası ala bilməyiblər.
İraq Futbol Federasiyası məsələ ilə bağlı FIFAya müraciət etməyə hazırlaşır. Federasiya rəhbərliyi futbolçuların mundiala hazırlıq baxımından vacib olduğunu və problemin qısa zamanda həll ediləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək.
İraq millisi qrup mərhələsində Norway national football team, France national football team və Senegal national football team ilə qarşılaşacaq.