
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Fins.az - Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsi başa çatıb və turnirin bütün iştirakçıları müəyyənləşib. Sonuncu vəsiqələri Konqo Demokratik Respublikası və İraq milliləri qazanıblar.
Turnirin qrup mərhələsi aşağıdakı kimidir:
A qrupu: Meksika, CAR, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, Konqo DR
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq turnirdə 48 milli komanda iştirak edəcək.
Qeyd edək ki, Rusiya yığması FIFA və UEFA sanksiyalarına görə seçmə mərhələdə iştirak etməyib.