
DÇ-2026 finalına biletlər rekord qiymətə yüksəlib
Fins.az - Futbol üzrə dünya çempionatının final oyunu üçün biletlərin maksimal qiyməti 10 990 ABŞ dollarına yüksəldilib.
Əvvəllər, ötən ilin dekabrında keçirilən püşkatmadan sonra ən bahalı bilet 8 680 dollar idi. Yeni qiymətlərə əsasən, 2-ci kateqoriyalı biletlər 7 380 dollar, 3-cü kateqoriyalı biletlər isə 5 785 dollar təşkil edir.
Final oyunu iyulun 19-da MetLife stadionunda keçiriləcək. Ümumilikdə turnirin 72 oyunundan 17-si üçün biletlər artıq satışa çıxarılıb. Qiymət artımı azarkeşlər və bəzi qanunvericilər tərəfindən tənqid edilib və bu addımın turniri bir çox insan üçün əlçatmaz edəcəyi qeyd olunub.