
DataVolt Özbəkistanda data mərkəzi üçün 150 milyon dollara qədər maliyyə cəlb edib
Fins.az - Səudiyyə Ərəbistanının DataVolt şirkəti Daşkənddə data mərkəzinin tikintisi üçün 150 milyon ABŞ dollarına qədər layihə maliyyəsi cəlb edib.
Maliyyələşdirmə 12 MVt gücündə TAS-1 data mərkəzinin tikintisi və istismarını əhatə edir. Layihə Daşkənddəki IT Park ərazisində həyata keçirilir və tikintisinə 2024-cü ildə başlanılıb. Sövdələşmə üzrə hüquqi məsləhətçi qismində beynəlxalq Dentons hüquq şirkəti çıxış edib.