
Danimarkada tarixdə ilk dəfə hava 37 dərəcəyə çatıb
Fins.az - Danimarkada 27 iyun tarixində ölkənin meteoroloji müşahidələri tarixində ən yüksək hava temperaturu qeydə alınıb.
Məlumata görə, termometrlər 37 dərəcə Selsi göstərib. Bununla da 1975-ci ildən qüvvədə olan 36,4 dərəcəlik əvvəlki rekord geridə qalıb.
Danimarka Meteorologiya İnstitutunun açıqlamasında bildirilib ki, əvvəlcə Odense şəhərinin şimalında 36,6 dərəcə temperatur qeydə alınaraq 1874-cü ildən bəri aparılan müşahidələrin ən yüksək göstəricisi müəyyənləşdirilib.
Daha sonra isə Arhus şəhərinin şimalında temperatur 37 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord müəyyən edilib.