
Bir damla qanla xərçəngin diaqnostikası üçün yeni test hazırlanıb
Fins.az - Vaterlu Universitetinin tədqiqatçıları mielomanın diaqnostikası və monitorinqi üçün yeni qan analizi metodu hazırlayıblar.
Məlumata görə, bu üsul M-zülalın aşkar edilməsinə əsaslanır və invaziv sümük iliyi biopsiyasına ehtiyacı azalda bilər. Mieloma sümük iliyini zədələyən onkoloji xəstəlikdir və hazırda diaqnoz və müalicəyə nəzarət üçün tez-tez biopsiya proseduru tətbiq olunur.
Yeni yanaşma çərçivəsində hazırlanmış “EasyM” testi qan nümunəsində mieloma ilə əlaqəli M-zülalın mövcudluğunu və miqdarını dəqiq müəyyən etməyə imkan verir. Bu isə xəstələr üçün daha az ağrılı və daha təhlükəsiz alternativ hesab olunur.
Tədqiqatın ilkin nəticələri universitetin rəsmi saytında dərc olunub və gələcəkdə bu metodun klinik praktikada geniş tətbiqi gözlənilir.