
Dağıstanda hava şəraiti səbəbindən 320 mindən çox insan işıqsız qalıb
Fins.az - Dağıstanda qeyri-sabit hava şəraiti səbəbindən 283 yaşayış məntəqəsində 327 mindən çox insan işıqsız qalıb. Onlardan 89 mindən çoxu uşaqlardır və 72 mindən çox ev elektrik enerjisi ala bilmir.
Avariyaya qarşı bərpa işlərinə 22 briqada cəlb olunub, ümumilikdə 78 nəfər və 22 texnika vahidi fəaliyyət göstərir. Elektrik enerjisinin tam bərpasının martın 29-u saat 17:00-a qədər tamamlanması nəzərdə tutulur.