
Dağıstanda güclü yağışlar minlərlə evi zədələyib
Fins.az - Dağıstanda güclü yağışlar nəticəsində bir sıra rayonlarda təxminən 3,5 min ev zədələnib.
Ən çox ziyan paytaxt Mahaçqalada qeydə alınıb – burada 2 mindən çox evə zərər dəyib. Həmçinin Xasavyurt rayonunda 770-dən çox, Dağıstan Odları şəhərində isə 285 ev zədələnib.
Bundan əlavə, Buynaksk şəhərində yağışlardan sonra baş verən sürüşmə nəticəsində 42 yaşayış evi zədələnib, daha 200-dən çox ev risk altındadır. Oxşar vəziyyət digər rayonlarda da müşahidə olunur.