Cygnus XL uğurla orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkətə başlayıb

Cygnus XL uğurla orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkətə başlayıb

DÜNYA
429

Fins.az - ABŞ-ın Northrop Grumman şirkətinə məxsus Cygnus XL yük kosmik gəmisi uğurla orbitə çıxarılıb və Beynəlxalq Kosmik Stansiyaya (MKS) doğru hərəkətə başlayıb.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bildirib ki, aparat planlaşdırılan orbitə daxil olub və stansiyaya istiqamət götürüb.

Buraxılış SpaceX şirkətinin Falcon 9 raketdaşıyıcısı vasitəsilə ABŞ-ın Florida ştatında yerləşən Kanaveral burnundakı 40-cı start kompleksindən həyata keçirilib. Start yerli vaxtla saat 07:41-də baş tutub və təxminən 15 dəqiqə sonra kosmik gəmi orbitə çıxarılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cygnus XL uğurla orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya doğru hərəkətə başlayıb — Fins.az — Fins.az