Credit Suisse-ə qarşı vergidən yayınma ittihamı

Credit Suisse-ə qarşı vergidən yayınma ittihamı

DÜNYA
973

Baş ofisi İsveçrədə yerləşən Credit Suisse bankı ABŞ zənginlərinin vergidən yayınmaq üçün istifadə etdiyi hesablar barədə məlumat verməməklə ABŞ səlahiyyətliləri ilə razılaşmanı pozduğunu bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada Credit Suisse-nin 2014-cü ildə müqaviləni pozaraq ümumilikdə 700 milyon dollar gizlətdiyi bildirilib.

Açıqlamada bankın amerikalı iş adamı "Dan Horsky"-nin xaricdəki hesablarında 220 milyon dolları ABŞ rəsmilərindən gizlətməsinə kömək etdiyi də bildirilir.

Credit Suisse ABŞ Ədliyyə Departamenti ilə razılaşıb və 2014-cü ildə "ABŞ vergi ödəyicilərinə saxta gəlir vergisi bəyannamələri və digər sənədləri IRS-ə təqdim etməkdə kömək etmək" ittihamı ilə 1,3 milyard dollar cərimə ödəyib.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Credit Suisse-ə qarşı vergidən yayınma ittihamı — Fins.az — Fins.az