Coinbase 1 milyard dollardan çox itkiyə məruz qaldığını açıqladı

Coinbase 1 milyard dollardan çox itkiyə məruz qaldığını açıqladı

DÜNYA
916

Kriptovalyuta birjası Coinbase bu ilin ikinci rübündə kriptovalyutaların azalması ilə əlaqədar təxminən 1,1 milyard dollar itki verdiyini bildirib.

"Fins.az" xəbər verir ki,Coinbase 2022-ci ilin aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 61 azalaraq 803 milyon dollara düşüb. Coinbase keçən ilin eyni dövründə 2 milyard dollar gəlir əldə edib.

Coinbase bu ilin ikinci rübündə kriptovalyutaların azalması səbəbindən təxminən 1,1 milyard dollar itirib. Şirkət ötən ilin aprel-iyun dövründə 1,6 milyard dollar mənfəət açıqlayıb.

Bu dövrdə Kriptovalyuta Birjasının səhminə düşən itki 4,98 dollar təşkil edib.Coinbase-dən verilən açıqlamada, ikinci rübdə kriptovalyuta bazarının dəyərinin makroiqtisadi şərtlər və kriptovalyuta krediti mühitindəki şoklar səbəbindən təxminən 60% azalmasına baxmayaraq, şirkətin bu texnologiyanın gələcəyi ilə bağlı nikbin olduğunu bildirib.

İlin ikinci rübünü kriptovalyuta şirkətləri üçün “davamlılıq sınağı” olaraq xarakterizə edən açıqlamada diqqət çəkən bazar hərəkətlərinin istifadəçi davranışını və ticarət həcmini dəyişdirərək əməliyyat gəlirlərinə təsir etdiyi qeyd edilib.

Açıqlamada, ötən ilin ikinci rübündə 462 milyard dollar olan əməliyyat həcminin bu ilin eyni dövründə 217 milyard dollara düşdüyü bildirilib.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Coinbase 1 milyard dollardan çox itkiyə məruz qaldığını açıqladı — Fins.az — Fins.az