Co Bayden OPEC-in qərarına cavab olaraq bazara 10 mln barel neft ÇIXARACAQ

Co Bayden OPEC-in qərarına cavab olaraq bazara 10 mln barel neft ÇIXARACAQ

DÜNYA
1,084

 ABŞ prezidenti Co Baydenin aşağı və orta gəlirli ölkələrə mənfi təsir göstərəcəyinii bildirərək OPEC+-ın neft hasilatını azaltmaq qərarından “məyus olduğunu” deyib. 

"Fins.az" xəbər verir ki,Milli təhlükəsizlik müşaviri Jake Sullivan və baş iqtisadi məsləhətçi Brayan Dizin bəyanatına görə, “Prezident OPEC+-ın hasilat kvotalarını azaltmaqla bağlı uzaqgörən qərarından məyus olub, qlobal iqtisadiyyat Putinin Ukraynaya təcavüzünün davam edən mənfi təsiri ilə məşğul olur"

Qərarın enerji qiymətlərinin yüksəlməsindən əziyyət çəkən aşağı və orta gəlirli ölkələrə ən çox mənfi təsir göstərəcəyi bildirilir.

“Prezidentin göstərişi ilə, Energetika Nazirliyi prezidentin mart ayında verdiyi tarixi relizləri davam etdirərək gələn ay Strateji Neft Ehtiyatından bazara daha 10 milyon barel çatdıracaq”, - deyə məlumatda bildirilir.

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Co Bayden OPEC-in qərarına cavab olaraq bazara 10 mln barel neft ÇIXARACAQ — Fins.az — Fins.az