Çin–Qazaxıstan sərhədində 4,7 bal gücündə zəlzələ baş verib

Çin–Qazaxıstan sərhədində 4,7 bal gücündə zəlzələ baş verib

DÜNYA
316

Fins.az - Çinin Sincan-Uyğur Muxtar Rayonunda, Qazaxıstan sərhədinə yaxın ərazidə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkan şəhər mərkəzlərindən xeyli uzaqda baş verib.

Məlumata görə, zəlzələnin episentri Karamay şəhərindən təxminən 174 km cənubda yerləşib. Təkanın ocağı Qazaxıstan sərhədindən təxminən 200 km, Rusiya sərhədindən isə 600 km-dən çox məsafədə olub.

Episentrdə sarsıntının intensivliyi MSK-64 şkalası üzrə 5,9 bal təşkil edib. Qeyd olunur ki, bu regionda, eləcə də ona yaxın ərazilərdə zəlzələlər vaxtaşırı baş verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin–Qazaxıstan sərhədində 4,7 bal gücündə zəlzələ baş verib — Fins.az — Fins.az