Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb

Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb

DÜNYA
388

Fins.az - Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb. Hərbçinin üzərində silah olmasa da, gizləndiyi kolluqda soyuq silah tapılıb. Polisə təhvil verilən hərbçinin ifadəsi alınır.

Hərbçi etiraf edib ki, səfirlikdən Yaponiyaya ünvanlanan sərt bəyanatların dayandırılmasını tələb etmək istəyib və diplomatik nümayəndəliyin rəhbərinin gözü qarşısında intihar etməyi planlaşdırıb.

Çin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Tokioda ciddi etirazını bildirib və Çin vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb — Fins.az — Fins.az