
Çində son gündə koronavirusa yoluxanların sayı qeydə alındı
Son gün ərzində Çində koronavirusdan cəmi 1 ölüm qeydə alınıb.
Fins.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Komitənin məlumatına görə, ölkədə COVID-19 infeksiyasına 48 yeni yoluxma qeydə alınıb, 282 pasiyent sağalıb.
Toplam olaraq Çində hazırda 771 infeksiyaya yoluxma aşkarlanıb, xəstələrdən 18-i ağır vəziyyətdədir.
Bildirilir ki, ölkədə virusa yoluxmuş 104 nəfər sağalıb.
Epidemiyanın mərkəzi Xubey əyalətində, həmçinin Uhanda bir gün ərzində virusa yoluxma hadisəsi aşkarlanmayıb, sağalmış 271 nəfər xəstəxanalardan evə buraxılıb.