
Çində şaxtada partlayış nəticəsində 82 nəfər ölüb
Fins.az - Çinin Şansi əyalətində kömür şaxtasında baş verən partlayış nəticəsində 82 nəfər ölüb, daha 9 nəfər isə itkin düşüb. Bu barədə şənbə günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Partlayış cümə günü axşam saatlarında yerli vaxtla baş verib. Hadisə zamanı şaxtada 247 nəfər işləyirdi.
Partlayışın səbəbləri hələ açıqlanmayıb, yalnız xilasetmə işlərinin davam etdiyi bildirilir.