Çində güclü yağışlar can itkisi və kütləvi təxliyəyə səbəb olub

Çində güclü yağışlar can itkisi və kütləvi təxliyəyə səbəb olub

DÜNYA
146

Fins.az - Çinin Quansi Cuan Muxtar Rayonunda aramsız yağışlar və daşqınlar nəticəsində 4 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Ən ağır vəziyyət Nannin şəhərinin tabeliyində olan Hencou şəhərində qeydə alınıb. Təbii fəlakətdən ümumilikdə 84 mindən çox sakin zərər çəkib, təxminən 54 min nəfər təxliyə olunub. Binyan rayonunda isə 8 150 nəfər təhlükəsiz ərazilərə köçürülüb, subasma nəticəsində ahıllar evində qalan 172 nəfər xilas edilib. Bundan başqa, Denvey kəndində yerləşən ilan fermasının su altında qalması nəticəsində kobralar da daxil olmaqla yüzlərlə ilan ətrafa yayılıb və yerli sakinlərə xəbərdarlıq edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çində güclü yağışlar can itkisi və kütləvi təxliyəyə səbəb olub — Fins.az — Fins.az