
Çində Əjdaha Qayıqları Bayramı dövründə 83 milyon sərnişin daşınacaq
Fins.az - Çində Əjdaha Qayıqları Bayramı ilə əlaqədar sərnişin daşımalarının ən intensiv dövründə dəmir yolu ilə təxminən 83 milyon sərnişinin daşınacağı gözlənilir.
Məlumata görə, proqnoz beş günlük bayram və səyahət dövrünü əhatə edir.
Ölkənin dəmir yolu şəbəkəsində sərnişin axınının əhəmiyyətli dərəcədə artacağı və əlavə qatar reyslərinin təşkil ediləcəyi bildirilir.
Bu göstərici bayram günlərində daxili turizm və nəqliyyat fəaliyyətinin yüksək səviyyədə olacağını nümayiş etdirir.