
Çində büdcə gəlirləri ilk beş ayda 4 faiz artıb
Fins.az - Çinnin konsolidə edilmiş büdcə gəlirləri 2026-cı ilin yanvar–may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 10,05 trilyon yuan (təxminən 1,47 trilyon ABŞ dolları) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, mərkəzi büdcənin gəlirləri 4,39 trilyon yuana çatıb və 5,7 faiz artım göstərib. Yerli büdcələrin gəlirləri isə 5,66 trilyon yuan olub ki, bu da 2,7 faiz artım deməkdir.
Eyni dövrdə dövlət xərcləri 0,8 faiz yüksəlib. Göstəricilər Çin iqtisadiyyatında büdcə daxilolmalarının artdığını, lakin xərclərin daha mülayim tempdə yüksəldiyini göstərir