
Çin XİN: İran məsələsində tam atəşkəsə çağırır
Fins.az - Çinin Xarici İşlər Nazirliyi tərəfləri İranda mümkün qədər qısa müddətdə tam atəşkəs elan etməyə çağırıb.
Məlumata görə, bu barədə Çin XİN-in rəsmisi Lin Cien media brifinqi zamanı açıqlama verib.
O bildirib ki, Pekin İrandakı mövcud vəziyyətdən dərin narahatlıq keçirir.
Çin tərəfi regionda gərginliyin azaldılmasının və diplomatik həll yollarının tapılmasının vacibliyini vurğulayıb.