Çin xarici investisiyalarla bağlı yeni qayda tətbiq edəcək

Çin xarici investisiyalarla bağlı yeni qayda tətbiq edəcək

DÜNYA
352

Fins.az - Çin xaricə investisiya qoyuluşlarını tənzimləyən yeni qaydanı qəbul edib.

Yeni qayda hökumət qurumlarına xarici sövdələşmələrin araşdırılması, həssas maliyyə köçürmələrinin idarə olunması və Çin investorlarına qarşı tətbiq edilən xarici məhdudiyyətlərə cavab verilməsi sahəsində daha geniş səlahiyyətlər verir.

Məlumata görə, sənəd Baş nazir Li Çian tərəfindən mayın 5-də imzalanıb.

Qərar aprelin 17-də keçirilən Dövlət Şurasının iclasında təsdiqlənib və iyulun 1-dən qüvvəyə minəcək.

Rəsmi dairələr bildirirlər ki, yeni qayda xarici investisiya fəaliyyətinin daha səmərəli tənzimlənməsinə və milli iqtisadi maraqların qorunmasına xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin xarici investisiyalarla bağlı yeni qayda tətbiq edəcək — Fins.az — Fins.az