Çin vətəndaşları Türkiyədə satın aldıqları daşınmaz əmlaklar azalıb

Çin vətəndaşları Türkiyədə satın aldıqları daşınmaz əmlaklar azalıb

DÜNYA
454

2023-ci ilin yanvar-sentyabr aylarında Çin vətəndaşları Türkiyədə 542 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 450 obyekt azdır.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Çin vətəndaşları Türkiyədə 70 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 21 obyekt çoxdur.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.

Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin vətəndaşları Türkiyədə satın aldıqları daşınmaz əmlaklar azalıb — Fins.az — Fins.az