Çin Tayvanla bəzi məhsulların ticarətini dayandırıb

Çin Tayvanla bəzi məhsulların ticarətini dayandırıb

DÜNYA
668

Çin Baş Gömrük İdarəsi çərşənbə günü bildirib ki, bəzi balıq və meyvə idxalı dayandırılıb.
Çin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra iqtisadi sanksiya kimi şərh edilə biləcək qərarla adadan sitrus meyvələri və iki növ balıq idxalını dayandırdığını açıqlayıb.

"Fins.az" xəbər verir ki, Baş Gömrük İdarəsinin açıqlamasına görə, Tayvandan gələn qreypfrut, limon və portağal kimi sitrus meyvələri ilə yanaşı, ağ saç quyruğu və skumbriya balığının materikə girişi qadağan edilib.

Qadağa qərarının müvafiq qaydalara və qida təhlükəsizliyi şərtlərinə uyğun olaraq qəbul edildiyi bildirilib və qərar xəbərdarlığında bütün gömrük bölmələrindən idxal bildirişlərinin qəbulunun dayandırılması tələb edilib.

Bəyanatda Pelosinin səfəri və bununla bağlı mümkün iqtisadi sanksiyalara toxunulmayıb.

 

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin Tayvanla bəzi məhsulların ticarətini dayandırıb — Fins.az — Fins.az