
Çin rabitə sınaq peykini kosmosa göndərib
Fins.az - Çinin Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa göndərilib.
Məlumata görə, peyk “Long March-5” raketi vasitəsilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əvvəlcədən müəyyən edilmiş orbitə yerləşdirilib.
Sinxua agentliyinin məlumatında bildirilir ki, peyk çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaq və yoxlama işləri üçün istifadə olunacaq.
Qeyd edilib ki, bu buraxılış “Long March” raket seriyasının 650-ci missiyasıdır və Çin kosmik proqramında mühüm mərhələ kimi qiymətləndirilir.