Çin milyarderlərin sayına görə ABŞ-i geridə qoydu - Dünyada milyarderlərin rekord sayı

Çin milyarderlərin sayına görə ABŞ-i geridə qoydu - Dünyada milyarderlərin rekord sayı

DÜNYA
371

Fins.az - dünyada milyarderlərin sayı rekord səviyyəyə çatıb. "Hurun Global Rich List" reytinqinə əsasən, fond bazarının artımı və süni intellekt texnologiyalarının inkişafı milyarderlərin sayının artmasına səbəb olub.

Çin milyarderlərin sayına görə ABŞ-i geridə qoyaraq liderliyi bərpa edib. Hesabata görə, son üç ildə yaranmış itkiləri kompensasiya edən Çində milyarderlərin sayı 287 nəfər artıb. Süni intellektin təsiri ilə MiniMax şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar, Knowledge Atlas Technology JSC şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvət qazanıb.

İlon Mask 792 milyard dollar sərvəti ilə siyahıda birinci yerdə qərarlaşıb. Onu Jeff Bezos (300 milyard dollar) və Lerri Pey (281 milyard dollar) izləyir. Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.

ABŞ 1000 milyarder ilə ikinci yerdədir, Hindistan 308 milyarderlə üçüncü, Almaniya isə 171 milyarderlə dördüncü yerdə qərarlaşıb.

Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyət göstərir, onlardan 46-sı yeni milyarder olaraq siyahıya daxil olub.

Şəhərlərdə isə Nyu-York 146 milyarder ilə liderliyini qoruyur. Şençjen 132 milyarderlə ikinci, ardınca Şanxay, Pekin və London gəlir. Milyarderlərin orta yaşı 65 təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin milyarderlərin sayına görə ABŞ-i geridə qoydu - Dünyada milyarderlərin rekord sayı — Fins.az — Fins.az