Çin Mərkəzi Asiya ölkələri ilə birgə peyk bürcü yaradacaq

Çin Mərkəzi Asiya ölkələri ilə birgə peyk bürcü yaradacaq

DÜNYA
145

Fins.az - Çin təbii fəlakətlərlə mübarizə və məsafədən zondlama məlumatlarının mübadiləsi məqsədilə Mərkəzi Asiyanın üç ölkəsi ilə peyk bürcü yaradacaq.

Bu məqsədlə tərəflər “Texnoloji əməkdaşlıq müqaviləsi” imzalayıblar.

Layihə zəlzələlər, kənd təsərrüfatı zərərvericiləri, buzlaq daşqınları və digər ümumi geoloji təhlükələrin monitorinqi və onlara operativ reaksiya verilməsi üçün nəzərdə tutulub.

Müqavilə Çinin Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçi şəhərində keçirilən IX Çin–Avrasiya Sərgisi çərçivəsində imzalanıb.

Tərəflər peyk məlumatlarının paylaşılması və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini hədəfləyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin Mərkəzi Asiya ölkələri ilə birgə peyk bürcü yaradacaq — Fins.az — Fins.az