
"Çin ilə ticarət müharibəsi Almaniyaya Brexitdən 6 dəfə çox zərbə vuracaq"
IFO Araşdırma İnstitutunun təhlilinə görə, Avropa Birliyinin Çin iqtisadiyyatına qapılarını bağlamasının Almaniyaya təsiri Brexitdən 6 dəfə çox olacaq.
" Fins.az" xəbər verir ki, baş ofisi Münhendə olan İqtisadi Araşdırmalar İnstitutu İFO tərəfindən edilən açıqlamada, ticarət müharibəsinin sektorda 8,47% azalma ilə ən çox avtomobil sektorunu vuracağı ifadə edilib
Nəqliyyat avadanlığı istehsalçılarının avtomobildən sonra 5,14% azala biləcəyi bildirib.
Açıqlamada şirkətlərin müəyyən bazarlardan asılılığını azaltmaq üçün başqa ölkələrə üz tutmalı və tədarük zəncirlərini şaxələndirməli olduqları bildirilib. İnstitutundan Florian Dorn bəyan edib ki, Almaniya və Avropa İttifaqının məqsədi ABŞ kimi ölkələrlə strateji tərəfdaşlıq və azad ticarət sazişləri inkişaf etdirmək olmalıdır.
Tədqiqatda Qərb iqtisadiyyatlarının ABŞ-la ticarət sövdələşməsinin mümkünlüyü ilə Çin iqtisadiyyatından uzaqlaşdığı beş ssenari təsvir edilib.
Belə bir razılaşmanın Çinlə ticarət müharibəsinin təsirlərini müəyyən qədər yüngülləşdirə biləcəyi, lakin fərqi tam bağlamayacağı bildirilib.