Çin Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyə çağırış edib

Çin Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyə çağırış edib

DÜNYA
310

Fins.az - Çin ABŞ və İran arasında yenidən hərbi gərginliyin artması fonunda Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyin təmin edilməsinə çağırış edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı üçün strateji əhəmiyyətə malik marşrutdur və burada sərbəst keçidin bərpası bütün tərəflərin maraqlarına uyğundur.

O qeyd edib ki, boğazdan keçidin təhlükəsizliyi və sabitliyi qorunmalı, vəziyyət məsuliyyətli şəkildə idarə olunmalıdır. Çin tərəfi regionda gərginliyin azaldılmasının qlobal ticarət və enerji təchizatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyə çağırış edib — Fins.az — Fins.az