
Çin Britaniyadan şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib
Fins.az - Çin Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalar çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib.
Çinin Böyük Britaniyadakı səfirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vuran birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır.
Çin tərəfi məsələ ilə bağlı etirazını Britaniya hökumətinə rəsmi şəkildə çatdırdığını bildirib və məhdudiyyətlərin ləğv edilməsinə çağırıb.