Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb

Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb

DÜNYA
262

2023-cü ilin mart ayına qədər Rusiya və Belarus vətəndaşlarına Çexiyaya daxil olmaq üçün vizalar, habelə uzun müddət qalmaq üçün icazələr verilməyəcək.

Fins.az-ın məlumatına görə, bu barədə “RİA Novosti“ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Bu barədə qərar Xarici İşlər Nazirliyinin təklifi ilə ölkə hökuməti tərəfindən 2022-ci il fevralın 24-də qəbul edilib. İstisna humanitar hallar ola bilər.

Beləliklə, Çexiya Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Federasiyası və Belarusun hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb — Fins.az — Fins.az